"Qəbələ” “Beşiktaş”a qalib gəldi, "Barselona" istəyinə çatdı

Çexiyanın paytaxtı Praqada keçirilən “All Stars Cup” turnirinə yekun vurulub. 

 

Sportinfo.az xəbər verir ki, “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası yarışın son oyun günündə 3 matç keçirib.

 

9-16-cı yerlər uğrunda mübarizə aparan “qırmızı-qaralar” öncə Çexiya “Fastav Jlin”i ilə qarşılaşıb. Qolsuz bitən görüşdə penaltiləri daha dəqiq yerinə yetirən meydan sahibləri qalib gəlib – 5:4. 

 

Çexiyanın digər təmsilçisi “Slovaçko”ya 0:2 hesabı ilə uduzan “Qəbələ” son qarşılaşmada Türkiyə “Beşiktaş”ı ilə üz-üzə gəlib. Qolsuz bitən görüşdə “Qəbələ” penaltilərlə qalib gəlib – 6:5. 

 

Beləliklə, “qırmızı-qaralar” turniri 15-ci yerdə başa vurub. Turnirin qalibi adına isə finalda Almaniya “Herta”sına 2:0 hesabı ilə qalib gələn İspaniya “Barselona”sı yiyələnib.

Tarix: 19 İyun 00:30    Oxunub: 258    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.