"Müdafiə xəttlərini yarmağa çalışırdıq, amma çətin idi"

DÇ-2018-in ilk oyununda İsveçrə ilə 1:1 hesablı heç-heçə edən Braziliya millisinin yarımmüdafiəçisi Filippe Koutinyo açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, komandasının yeganə qoluna imza atan 26 yaşlı futbolçu İsveçrənin müdafə xəttini yarmaqda çətinlik çəkdiklərini deyib:

 

"Bəzən rəqiblərin oyununu qəbul etmək lazımdır. Müdafiə xəttlərini yarmağa çalışırdıq, amma çətin idi. Oyun ərzində bir neçə yaxşı hücum təşkil etdik.

 

Növbəti oyunlarda bunu unutdurmalıyıq. Yaxşı oynamaq və qalib gəlmək üçün iki oyunumuz var. Qalib gəlmək istəsək də, alınmadı".

Tarix: 19 İyun 00:10    Oxunub: 187    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.