Kürəyində ağrıların olduğunu dedi, millidən qovuldu!

Rusiyada təşkil olunmuş dünya çempionatında mübarizə aparan Xorvatiya yığmasında qalmaqal yaranıb.

 

Sportinfo.az xəbər verir ki, sözügedən komandanın hücumçusu Nikola Kaliniç Nigeriyaya qarşı keçirdikləri ilə oyunda meydana çıxmaqdan imtina edib.

 

Belə ki, xorvatların 2:0 hesabıyla qalib gəldiyi həmin görüşün sonuna 5 dəqiqə qalmış baş məşqçi Zlatko Daliç, Kaliniçi Mario Mandzukiçin əvəzində meydana buraxmaq istəyib.

 

Lakin İtaliyanın “Milan” klubunun şərəfini qoruyan hücumçu meydana çıxmaqdan imtina edib. Nəticədə, Mandzukiçi Marko Pyaça əvəz edib.

 

Bu hərəkəti Kaliniçə baha başa gəlib. Baş məşqçi onun yığmanın heyətindən kənarlaşdırılması barədə qərar qəbul edib.

 

Artıq Xorvatiya Futbol Federasiyasının rəsmi saytında da Kaliniçin millinin düşərgəsindən ayrıldığı barədə məlumat verilib.

 

Daliç isə bu qərarı ilə bağlı keçirdiyi mətbuat konfransında bunları söyləyib: “Kaliniç artıq millinin düşərgəsini tərk edib. Nigeriya ilə oyunda onun meydana çıxması nəzərdə tutulmuşdu.

 

Amma kürəyində ağrıların olduğunu əsas gətirərək bundan imtina etdi. Braziliya və İngiltərəyə qarşı keçirdiyimiz yoxlama oyunlarında da oxşar hal təkrar olunmuşdu.

 

Bu üzdən də belə qərar verdim. Hesab edirəm ki, bizə indi hazır və yığmaya kömək etmək istəyən oyunçular lazımdı”.

Tarix: 19 İyun 00:00    Oxunub: 247    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.