FİFA 3-cü qolu Poqbanın aktivindən çıxardı

FİFA dünya çempionatının C qrupunda Fransa və Avstraliya yığmaları arasında baş tutan oyunda 3-cü qolun müəllifini dəyişib.

 

Sportinfo.az xəbər verir ki, 81-ci dəqiqədə vurulan Fransanın qələbə topu avtoqol kimi qeydə alınıb.

 

Nəticədə qol fransalı Pol Poqbanın aktivindən çıxarılıb və avstraliyalı Aziz Behiçin passivinə yazılıb. Görüş Fransanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

İlk 2 qolu 58-ci dəqiqədə fransalı Antuan Qrizmann və 62-ci dəqiqədə avstraliyalı Mayl Yedinak penaltidən vurub.

Tarix: 18 İyun 23:24    Oxunub: 203    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.