Rauf Əliyev "Qəbələ"də ilk oyununu qolsuz keçmədi

“Qəbələ” 2018/19 mövsümünün hazırlıqları çərçivəsində ilk yoxlama oyununu keçirib. 

 

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə təşkil olunan təlim-məşq toplanışını başa vurub, Bakıya gələrək MOİK-lə qarşılaşıb.

 

Baş məşqçi Sənan Qurbanov paytaxt təmsilçisi ilə görüşdə aşağıdakı “11-liy”ə şans verib: Dmitri Bezotosnı, Amin Seydiyev, Vojislav Stankoviç, Bəhlul Mustafazadə, Rasim Ramaldanov, Elvin Camalov, Qismət Alıyev, Asif Məmmədov, Stiven Monroz, Rauf Əliyev, Roman Hüseynov.

 

İkinci hissədə Abbas Ağazadə, Xəyal Əmirli və Aqil Məmmədov da meydana daxil olub. Matçda hesabı paytaxt təmsilçisi açıb. MOİK-in heyətində Elmir Tağıyev fərqlənib.  “Qəbələ”nin bərabərlik qoluna Rauf Əliyev imza atıb. Hücumçumuz penalti zərbəsini dəqiq yerinə yetirib – 1:1.

 

Mövsümlərarası hazırlıq prosesinə iyunun 12-də Qəbələdə başlayan “qırmızı-qaralar” ayın 20-də Sloveniya təlim-məşq toplanışına start verəcək.

Tarix: 18 İyun 22:48    Oxunub: 316    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.