40 illik ənənə pozuldu

DÇ-2018-də ilk tur sona yaxınlaşdıqca maraqlı və gözlənilməz nəticələrin də sayı artmaqdadı.

 

Artıq sensasiya da var.

 

Almanların məğlubiyyəti və Argentinanın büdrəyişindən sonra Braziliya da azarkeşlərini məyus etdi.

 

Sportinfo.az xəbər verir ki, ilk oyunda İsveçrə ilə heç-heçə edən (1:1) pentakampeonlar 40 illik ənənəni pozdu.

 

Belə ki, mundiallara qələbə ilə başlamağa adət edən “sambaçılar” 40 il idi startda xal itirmirdi. Braziliyanın son uğursuz startı DÇ-1978-ə təsadüf edib. Həmin vaxt cənubi amerikalılar İsveçlə bərabərə qalıb - 1:1.

 

Həmin turnirdə cənubi amerikalılar 3-cü olmuşdu. Braziliya millisi növbəti oyununu iyunun 22-də Kosta-Rikaya qarşı keçirəcək.

Tarix: 18 İyun 22:24    Oxunub: 216    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.