“Qəbələ”, “Neftçi”, “Keşlə”nin Avroliqada 5 potensial rəqibi

Sabah Çempionlar Liqası ilə yanaşı, Avropa Liqasında da 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkü atılacaq.

 

Sportinfo.az xəbər verir ki, yarışa təsnifat raundundan başlayacaq Azərbaycan klublarının - “Qəbələ”, “Neftçi” və “Keşlə”nin yekun potensial rəqibləri artıq bəllidi.

 

Azərbaycanın hər üç təmsilçisi püşkatmada səpələnmişlər səbətində yer alacaq. Bu isə o deməkdi ki, təmsilçilərimizin mümkün rəqibləri nisbətən zəif hesab olunan səpələnməmişlərdi.

 

2-ci qrupa düşən “Qəbələ” “Proqres” (Lüksemburq), “Şiroki Briyeq” (Bosniya və Hersoqovina), “Şkupi” (Makedoniya), “Stumbras” (Litva) və “Dunayska Streda” (Slovakiya) klublarından birinə rəqib olacaq.

 

3-cü qrupdakı “Neftçi”ni “Buduçnost” (Çernoqoriya), “Partizani” (Albaniya), “Uypeşt” (Macarıstan), “Samtrediya” (Gürcüstan) və “Rasinq Yunion” (Lüksemburq) klublarından biri ilə duel gözləyir.

 

7-ci qrupda yer alan “Keşlə” isə “Milsami” (Moldova), “Rudar” (Çernoqoriya), “Riqa” (Latviya), “Budapeşt Honved” (Macarıstan) və “Baltsan” (Malta) klublarından biri ilə mübarizə aparmalı olacaq.

 

Sabah həm də 2-ci təsnifat mərhələsinin püşkü atılacaq. Həmin raundda mübarizəyə birbaşa qoşulan 27 komanda və 1-ci mərhələnin 47 cütü iştirak edəcək.

 

Klublarımızdan yalnız “Qəbələ”nin yer aldığı cütlük səpələnmişlərdən olacaq. “Neftçi” və “Keşlə” isə özlərindən daha yüksək reytinqli – səpələnmiş klub, və ya beləsinin yer aldığı cütlə üz-üzə gələcək.


1-ci təsnifat mərhələsi

2-ci qrup

Səpələnmişlər:
Domjale (Sloveniya)
Qəbələ (Azərbaycan)
Dinamo (Tiflis, Gürcüstan)
Reyncers (Şotlandiya)
Apollon (Limassol, Kipr)

Səpələnməmişlər:
Proqres (Lüksemburq)
Şiroki Briyeq (Bosniya və Hersoqovina)
Şkupi (Makedoniya)
Stumbras (Litva)
Dunayska Streda (Slovakiya)

3-cü qrup

Səpələnmişlər:
Maribor (Sloveniya)
Trençin (Slovakiya)
Viitorul (Rumıniya)
Neftçi (Azərbaycan)
Tobol (Qazaxıstan)

Səpələnməmişlər:
Buduçnost (Çernoqoriya)
Partizani (Albaniya)
Uypeşt (Macarıstan)
Samtrediya (Gürcüstan)
Rasinq Yunion (Lüksemburq)

7-ci qrup

Səpələnmişlər:
Partizan (Serbiya)
Slovan (Bratislava, Slovakiya)
Keşlə (Azərbaycan)
ÇSKA (Sofiya, Bolqarıstan)
Rabotniçki (Makedoniya)

Səpələnməmişlər:
Milsami (Moldova)
Rudar (Çernoqoriya)
Riqa (Latviya)
Budapeşt Honved (Macarıstan)
Baltsan (Malta)

Tarix: 18 İyun 22:12    Oxunub: 412    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.