Məşhur adam Bakıda FOTOLAR

Rusiyanın qarışıq döyüş  sənəti üzrə məşhur idmançısı, MMA çempionu Həbib Nurməhəmmədov Azərbaycana gəlib. 

 

Sportinfo.az xəbər verir ki, o, Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının dəvəti və dəstəyi ilə Bakıda qonaq olub. 

 

H. Nurməhəmmədov əvvəlcə Fəxri Xiyabana gedərək ulu öndərHeydər Əliyevin məzarını ziyarət edib.  Daha sonra o, Şəhidlər Xiyabanına gedib. 

 

Çempionu Gənclər və İdman Nazirliyinin nümayəndəsi, federasiyanın MMA üzrə rəhbəri Şir- Aslan Kərimov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbəri Raqif Abbasov, federasiya prezidenti Azad Əsgərov, yeni təyin olunmuş 1-ci vitse-prezident Tural Mirzəyev və başqaları müşayiət edib.

 

Bundan əlavə, Həbib Nurməhəmmədov "Baku Fight" zalına gedərək idman ictimaiyyəti, bu idman növü ilə məşğul olan idmançılarla görüşüb.

 





















 

Tarix: 18 İyun 21:12    Oxunub: 423    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.