Çakıra DÇ-2018-də 2-ci təyinat

Cüneyt Çakır dünya çempionatında növbəti təyinatını alıb.

 

Sportinfo.az xəbər verir ki, FİFA referisi Rusiya – Misir oyununda 4-cü hakim funksiyasını yerinə yetirəcək.

 

Görüşün baş hakimi isə Paraqvay Futbol Federasiyasında Enrike Kasares olacaq.

 

A qrupunun ikinci turu çərçivəsində iyunun 19-da keçiriləcək Rusiya – Misir matçı Bakı vaxtı ilə 22:00-da başlayacaq.

 

Çakır mundialda ilk olaraq Mərakeş - İran oyununa təyinat almışdı. Türkiyəli referinin idarə etdiyi matçda İran 1:0 hesablı qələbə qazanmışdı.

Tarix: 18 İyun 20:00    Oxunub: 208    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.