Dario Federiko: "Neftçi" üçün əlimdən gələni edəcəm"

"Kəpəz"dən ayrılaraq "Neftçi"yə transfer olan Dario Federiko jurnalistlərə açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu "ağ-qaralar"a keçidi haqda danışıb:

 

"Çempionatın sonlarına yaxın “Neftçi”nin mənimlə maraqlandığı haqda məlumat aldım. Daha sonra danışıqlar apardıq və razılığa gəldik".

 

Braziliyalı hücumçu "Neftçi"də əlindən gələni edəcəyini deyib: "Komandadan asılı olmayaraq, çalışmışam ki, maksimum oyun nümayiş etdirim.

 

“Neftçi”nin uğurları üçün əlimdən gələni edəcəm. “Neftçi” iddialı komandadır. Hədəf həmişə titular olub. Bu mövsüm daha da iddialıyıq. Çalışacağıq ki çempionluğa oynayaq".

Tarix: 18 İyun 18:48    Oxunub: 381    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.