"Messi Ronaldodan güclüdü, ancaq yoldaşları ona lazımi qədər kömək etmir”

“Real”ın sabiq baş məşqçisi Fabio Kapello dünyanın hazırda ən yaxşı iki oyunçusu sayılan Lionel Messi və Kriştiano Ronaldonun DÇ-2018-dəki ilk oyunlarını şərh edib.

 

Sportinfo.az xəbər verir ki, italyan mütəxəssis Messinin Ronaldodan daha güclü futbolçu olduğunu bildirib:

 

“Ronaldonun İspaniya ilə oyunda het-trik etməsi Messinin məsuliyyətini daha da artırdı. Dünya çempionatlarında az qol vuran Kriştiano İspaniya ilə oyunda daha çox şey etmək istəyirdi.

 

Argentina millisinin yarımmüdafiə xətti isə çox ləng və gülməli görünürdü. Onlar mərkəzi keçmək üçün əziyyət çəkirdilər.

 

Messini də topla təmin edə bilmirdilər. Məncə, Messi Ronaldodan güclüdü, ancaq komanda yoldaşları ona lazımi qədər kömək etmir”.

 

DÇ-2018-in 1-ci turunda Portuqaliya İspaniya ilə heç-heçə oynayıb - 3:3. Ronaldo het-trik edib. Argentina isə İslandiya ilə bərabərə qalıb. Messi penaltidən yararlana bilməyib.

Tarix: 18 İyun 17:48    Oxunub: 169    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.