"Neftçi"nin baş məşqçisi: "Mən heç vaxt elə söz deməmişəm"

Bu gün "Neftçi"nin mətbuat və azarkeşlər üçün açıq məşqi olub.

 

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ın iyalıyalı baş məşqçisi Roberto Bordinmüsahibə verib.

 

- Mən və məşqçi yoldaşlarım əlimizdən gələni edəcəyik ki, yeni mövsümdə maksimum nəticə göstərək. Yaxşı komanda formalaşıb. Xoş təssüratlarımız var. Gələcəyə ümidlə baxırıq.

 

İtaliya mətbuatına açıqlamanınızda “Neftçi”ni çətin çempion edəcəyinizi və “Qarabağ” kimi güclü rəqibinizin olduğunu demisiz. “Neftçi”ni yeni mövsümdə çempion edə biləcəksiniz?

- Ola bilər siz səhv oxmusuz. Mən heç vaxt elə söz deməmişəm. Demişəm ki, “Qarabağ” kimi güclü komanda var. Amma “Neftçi”ni çempion etməyin çətin olacağını bildirməmişəm. Komandaya yeni transferlər gözlənilir. Çalışacağıq ki, yeni mövsümdə baş rolda biz olaq.

 

Yeni transferlər kim olacaq? “Şerif”dən Ziqi Badibanqanın adı “Neftçi” ilə hallanır. Ümumiyyətlə, Tiraspol klubundan “Neftçi”yə transfer gözlənilir?

- Siz daha yaxşı bilirsiz, mənim məlumatım yoxdur. Rəhbərliyin aldığı oyunçular güclü futbolçulardır. Bu barədə idman direktoru və prezidentlə söhbətinizdə məlumat ala bilərsiz. Çünki transferlərə qarışmıram. Təbii ki, öz məsləhətlərimi verirəm.

 

Sizin istəyinizlə “Neftçi” futbolçu almayacaq?

- “Neftçi” böyük komandadır və hamı bu klubda çıxış etmək istəyir. Bəzi mövqeylərə açar futbolçular lazımdır. Həmin boşluqları doldurmaq lazımdır və yaxın müddətdə bunlar olacaq.

 

Azarkeşlər də məşqi izləyirlər. Komanda bu fanatları sevindirə biləcək?

- Komandada əhval yaxşıdır. Qısa zamanda yeni transferlər də olacaq. Komanda azarkeşlər üçün yaxşı nəticələr qazanacaq. 

Tarix: 18 İyun 18:12    Oxunub: 449    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.