"Çezena" "Qarabağ"dan nə qədər təzminat istəyir? - TRANSFER

"Qarabağ"ın "Çezena"nın futbolçusu Kərim Laribini transfer etmək istədiyi haqda xəbər vermişdik.

 

Sportinfo.az xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərlərə görə, klub futbolçusunu havayı buraxmaq fikrində deyil.

 

Laribi 2017-ci ildən "Çezena"da çıxış edir. Bildirilir ki, "Çezena" Tunis millisinin üzvü üçün 80 min avro tələb edir.

 

Futbolçunun meneceri isə açıqlamasında müqaviləyə əsasən, Laribi yalnız digər italyan klubuna keçəcəyi halda bu məbləğin ödənməsinə ehtiyac olduğunu bildirib.

Tarix: 18 İyun 18:00    Oxunub: 409    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.