Messiyə göz açmağa imkan verməyən fabrik işçisi - FOTO

Avro-2016-da sürpriz nəticə göstərərək 1/4 finala qədər irəliləyən İslandiya millisi Rusiyada keçirilən dünya çempionatına da uğurlu star verdi.

 

Sportinfo.az xəbər verir ki, ilk görüşdə Argentinadan xal almağı bacaran (1:1) ada təmsilçisinin daha bir futbolçusu haqda maraqlı fakt ortaya çıxıb.

 

Məsələ burasındadır ki, rəqibin lideri Lionel Messiyə heç bir şans verməyən yığmanın müdafiəçisi Birkir Sevarrson duz fabrikində çalışır.

 

Hətta o, mundialda iştirak etmək üçün iş yerindən icazə alıb. Dəniz duzu istehsal edən fabrikdə paketləmə işində çalışan 33 yaşlı futbolçu Argetina ilə oyunun ən yaxşılarından idi.

 

Sevarrson Rusiya mətbuatına açıqlamasında fabrikdə çalışmasında qeyri-adi bir şey olmadığını deyib: “Mənim fabrikdə çalışmağım dünya çempionatının final mərhələsində iştirak etməyimizdən daha normaldır”.

 

İslandiya millisində rejissor, hüquqşünas, menecer və başqa vəzifələrdə çalışan futbolçular da var. 

 

Tarix: 18 İyun 17:00    Oxunub: 227    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.