"Mən futbolçuları, o cümlədən Messini günahlandırmıram"


Dünya futbolunun əfsanəsi Dieqo Maradona Argentina millisinin DÇ-2018-dəki ilk oyununu şərh edib.

 

Sportinfo.az xəbər verir ki, Don Dieqo komandanın bərbad oyununa görə baş məşqçi Xorxe Sampaolini yıxıb-sürüyüb:

 

“Argentina belə davam etsə, Sampaoli gərək ölkəyə qayıtmasın. Bu oyun planı rüsvayçılıq idi. Rəqib futbolçuların ucaboy olduğunu bilə-bilə, buna qarşı heç bir hazırlıq görülməyib.

 

Komanda daxilində narazılıq olduğunu kənardan hiss etmək çətin deyil. Mən futbolçuları, o cümlədən Messini günahlandırmıram.

 

Mən də futbolçu ikən ardıcıl 5 dəfə penalti qaçırdım, amma sonda Dieqo Maradona olaraq qaldım. Argentinanın uğursuzluğunu qaçırılan penalti ilə əlaqələndirməzdim. Problem oyun taktikasında idi”.

Tarix: 18 İyun 16:12    Oxunub: 177    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.