Azərbaycan idmançısı Avropa çempionatında 25-ci yeri tutdu

Serbiyanın Novıy Sad şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatı davam edir.

 

Sportinfo.az xəbər verir ki, qitə çempionatının ikinci yarış günündə kişilər arasında şpaqa və qadınlar arasında rapirada qaliblər müəyyənləşib.

 

Azərbaycanı şpaqada təmsil edən Kənan Əliyev turnirə uğurlu start verib. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-də qələbə qazanan idmançı birbaşa 1/32 final mərhələsinə vəsiqə qazanıb.

 

O, bu mərhələdə Angel Fabreqata 15:12 hesabı ilə qalib gəlib. K.Əliyev 1/16 finalda ispan şpaqaçı Qabriel Ciminiyə 9:15 hesabı ilə məğlub olub və 104 idmançı arasında 25-ci yeri tutub.

 

Qrupda keçirdiyi 6 görüşü qələbəsiz başa vuran Barat Quliyev isə mübarizəni erkən dayandırıb.

Tarix: 18 İyun 16:00    Oxunub: 167    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.