"Kişi kimi oynadıq! Biz uduzmaqdan qorxmurduq"

“Bizim hələ altı ay əvvəldən hazırladığımız taktiki planımız var idi.

 

Həmişə cinahlardan iki sürətli futbolçumuz olub.

 

Bu matçda qolu vuran Losano Meksika millisinin ən sürətli oyunçusudu”. - Sportinfo.az xəbər verir ki, bu sözləri Meksika millisinin baş məşqçisi Xuan Karlos Osorio bu gün DÇ-2018-də Almaniya üzərindəki sensasiyalı qələbədən (1:0) sonra keçirilən mətbuat konfransında deyib:

 

“Birinci hissədə daha yaxşı oynadıq. Biz uduzmaqdan qorxmurduq.  Dünya çempionuna qarşı kişi kimi və yüksək səviyyədə oynadıq.

 

Almaniya həmişə hesabda geridə olanda belə əvəzetmələr edir. Biz buna da hazır idik. Meksikanın heyəti gəncdir. Onlar bizim gələcəyimizdir”.

 

“Meksikanı artıq qrupun favoriti saymaq olarmı” sualına baş məşqçi belə cavab verib: “Rəqiblərimizdən İsveç yetərincə güclüdür. 2002-ci ildə onlarla oynamışıq. Onlar İtaliyanı DÇ-dən uzaqlaşdırıblar. Əgər desəm ki, digər rəqibimiz Koreya ilə oyun ərəfəsində istirahət edəcəyik, səhv edərəm”.

Tarix: 18 İyun 09:48    Oxunub: 228    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.