Azərbaycanlı baş məşqçi Ukrayna klubu ilə müqavilə bağladı

Azərbaycan millisinin sabiq voleybolçusu Vasif Talıbov karyerasını Ukraynada davam etdirəcək.

 

Sportinfo.az xəbər verir ki, 45 yaşlı mütəxəssis “Vinnitsa” ilə sözləşməsini yeniləyib.

 

Talıbov 1 illik müqaviləyə imza atıb. Həmyerlimiz ötən ildən bu komandanın baş məşqçisidi. Kişi voleybolçulardan ibarət “Vinnitsa” onun rəhbərliyi altında Yüksək Liqanın 2017/2018 mövsümündə 5-ci yeri tutub.

 

Talıbov Ukraynaya “Telekom”dan yollanmışdı. O, 2013-cü ildən çalışdığı Bakı klubu ilə Azərbaycan çempionu tituluna da yiyələnib.

Tarix: 18 İyun 09:24    Oxunub: 470    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.