Üzr istədi: "Hər kəs bu təzyiqi bir cür dəf etməyə çalışır"

Dieqo Maradona Argentina - İslandiya oyunu (1:1) zamanı yol verdiyi davranışa görə üzr istəyib.

 

Sportinfo.az xəbər verir ki, Argentina futbolunun əfsanəsi DÇ-2018-in qaydalarını pozaraq, stadionda siqar çəkib.

 

Maradona bildirib ki, stadionda siqaret çəkməyin qadağan edildiyi barədə məlumatı olmayıb. O, “facebook”da belə yazıb:

 

“Bizim üçün çətin gün idi. Çünki Argentina yığması böyük təzyiq altında DÇ-2018-də ilk oyununa çıxırdı. Hər kəs bu təzyiqi bir cür dəf etməyə çalışır.

 

Düzünü deyəcəm, stadionda siqaret çəkməyin qadağan edildiyi barədə məlumatım olmayıb. Hər kəsdən, o cümlədən turnirin təşkilatçılarından üzr istəyirəm. İrəli, Argentina. Gəlin komandamızı heç vaxt olmadığı kimi dəstəkləyək”.

Tarix: 18 İyun 09:00    Oxunub: 225    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.