Möhtəşəm qola imza atdı, “Lada” hədiyyə etdilər - FOTO

Rusiyada təşkil olunmuş dünya çempionatının ilk turunda Kosta Rika ilə qarşılaşan Serbiya millisi bu matçdan 1:0 hesablı qələbə ilə ayrıldı.

 

Sportinfo.az xəbər verir ki, bu oyunda cərimə zərbəsindən vurduğu möhtəşəm qolla Serbiya millisinə qələbə qazandıran kapitan Aleksandr Kolarova xüsusi hədiyyə təqdim olunub.

 

Belə ki, Samara əyalətinin qubernatoru Dmitri Azarov təcrübəli müdafiəçiyə “Lada Niva” avtomobili hədiyyə edib.

 

“Samaralı azarkeşlərlə məsləhətləşmələrimizdən sonra qərara gəlmişdik ki, dünya çempionatı çərçivəsində “Samara Arena”da vurulacaq ilk qolun müəllifinə hədiyyə verək.

 

Həmin qolu Kolarov vurdu və biz ona “Lada 4х4” modelinin sertifikatını təqdim etdik. O, buna çox sevindi. Komanda yoldaşları da bunu ürəkdən qəbul etdilər”.

 

Tarix: 18 İyun 08:12    Oxunub: 324    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.