Dünya çempionatının ƏN GÖZƏL QIZI seçildi - 18 yaşı var

 Dünya çempionatının ən gözəl qızı müsabiqəsi keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Almaniyanın ən böyük əyləncə mərkəzi “Avropa Park”da baş tutan turnirin kraliçası – “Miss WM 2018” (Miss Dünya Çempionatı 2018) gözəlinin adına aydınlıq gətirilib.

 

Yarışmaya 8 qrupda yer alan 32 ölkədən yaşları 18-33 arasında 32 gözəl qatılıb. Onlar milli geyim, axşam kostyumu, çimərlik geyimi, moda dəfiləsi ilə çıxdıqları podyumda jüridən bal almaq üçün yarışıblar.

 

Jüri heyətində FİFA hakimi Volter Eşveyler, futbol şərhçisi Valdemar Hartmann, aparıcılar Yana Azizi, Rut Hofmann, keçmiş futbolçu Devid Odonkor, “Miss WM 2014” gözəli, kolumbiyalı Daniela OkoroMeyja kimi tanınmış şəxslər yer alıb.

 

Yarışın yarımfinalına Misir, Portuqaliya, Almaniya, İslandiya, Danimarka, Serbiya, Belçika, Kolumbiya gözəlləri qalıb. Qalib isə Belçika təmsilçisi 18 yaşlı Zoe Brunet olub. Yarışmanın əsas şərtlərindən biri qızların gözəl olması, digər isə futboldan anlamaları olub.

Tarix: 18 İyun 01:00    Oxunub: 652    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.