"Neftçi"də bu vəzifəni Rəşad Abdullayev yerinə yetirəcək

"Neftçi” PFK-nın əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanovun köməkçilərindən biri müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, bu vəzifəni Rəşad Abdullayev yerinə yetirəcək.

 

2009-2012-ci illərdə "Neftçi”də çıxış etmiş Abdullayev "Xəzər Universiteti”, "Xəzər Lənkəran”, "Qəbələ”, "Rəvan”, AZAL və "Zirə” klublarında da oynayıb. Azərbaycan milli komandasının heyətində 10 oyunda meydana çıxıb.

 

Rəşad Abdullayev futbolçu karyerasını başa vurandan sonra "Neftçi”nin U-19 komandasında baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

Tarix: 18 İyun 00:20    Oxunub: 391    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.