“Çelsi” Levandovskiyə görə 230 milyon avro ödəyəcək?

“Çelsi” yay transfer dönəmində hücum xəttində dəyişiklik etmək niyyətindədi.

 

Sportinfo.az xəbər verir ki, “Çelsi” Mişi Batşuayi ilə Alvaro Moratanı satmaq istəyir.

 

“Təqaüdçülər”in əsas transfer hədəfi isə “Bavariya”nın hücumçusu Robert Levandovskidi. Polyak futbolçu özü də karyerasını başqa klubda davam etdirmək istədiyini bir neçə dəfə bildirib.

 

Ancaq “Bavariya” rəhbərliyi onu heyətdə saxlamaq istəyir. Elə ona görə də, Münhen nəhəngi onun satış qiymətini fantastik həddə müəyyənləşdirib.

 

“Bavariya”dan bildiriblər ki, Levandovskiyə görə 230 milyon avrodan aşağı edilən heç bir təkliflə bağlı danışıq aparmayacaqlar.

Tarix: 18 İyun 00:10    Oxunub: 182    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.