“Xan Lənkəran”da Direktorlar Şurası: "Bu klubun yaranması Lənkəran üçün töhfədi”

Yeni təsis edilən “Xan Lənkəran”ın Direktorlar Şurası yaradılıb.

 

Sportinfo.az xəbər verir ki, bununla da klubun yaradılmasında əsas pay sahibi olan Təşkilat Komitəsi fəaliyyətini dayandırıb.

 

Bundan sonra Direktorlar Şurası bu fəaliyyəti davam etdirəcək. Şuranın sədri seçilən Lənkəran Mədəniyyət Mərkəzinin direktoru, Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü Hafiz Mirzə “Xan Lənkəran”ın “feysbuk” səhifəsinə bunları deyib:

 

“Lənkəranlılar çoxdan futbolun həsrətindədi. Digər komandalarımızın sönük oyunlarına baxıb gileylənirdilər. Ölkə futboluna rəng qatan azarkeşlər vardı burda. Təəssüf ki, qeyri-müəyyən şayiələr və bəzi insanların iddialarına görə “Xəzər Lənkəran” çempionatdan çəkildi.

 

Amma bu, Lənkəranda futbolun yox olması demək deyil. Lənkəranda insanlar futbolla yaşayır. Bu klubun yaranması Lənkəran üçün töhfədi. İnsanlar yenidən stadiona axışacaq, futbolçularımızı qələbəyə ruhlandıracaq. Bundan Azərbaycan futbolu bəhrələnəcək.

 

Futbol canlanacaq, rəqabət və azarkeş kütləsi artacaq. Ölkə çempionatına yeni nəfəs lazımdı. Futbol azarkeşlər üçündü. Azarkeşsiz futbol kabinet generalı kimi bir şeydi. Bu layihəni yaradan insanlar alqışlanmalı və onlara dəstək verilməlidi. Onların yanında olmaq lazımdı. Mən də onların yanındayam”.


“Xan Lənkəran” növbəti mövsümdən 1-ci divizionda çıxış etmək istəyir. Klubun 1 illik fəaliyyəti üçün təxmini nəzərdə tutulan büdcə 400 min manatdı. Bu məbləğin 300 mini komandanın xərclərini, 100 min manatı isə şirkətləşmə, maddi bazanın təkmilləşdirilməsi istiqamətlərini əhatə etməlidi.

 

Gələn ilin martına, premyer-liqada iştirakla bağlı lisenziyalaşdırma tələblərinin maliyyə meyarları üzrə sənədlərinin təqdim edildiyi vaxta qədər büdcənin 1 milyon manata çatdırılması hədəflənib. Həmçinin prioritet məsələlərdən biri Lənkəranda futbol üzrə peşə liseyinin açılmasıdı.

Tarix: 17 İyun 20:45    Oxunub: 870    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.