Messi azərbaycanlının ölümünə səbəb olacaqdı: 100 min uduzdu...

Moskvada Ərəstun Rüstəmov adlı azərbaycanlı intihara cəhd edib.

 

Sportinfo.az xəbər verir ki, Rusiya paytaxtının "Dubrovka” metrostansiyası yaxınlığında eyni adlı bazarda xırda ticarətlə məşğul olan Ə.Rüstəmov futbol üzrə dünya çempiontının dünən keçirilən Argentina-İslandiya oyununa bukmeker kontorunda pul yatırıb.

 

Argentinanın qələbəsinə 100 min rubl (təxminən 2850 manat) pul yatıran həmyerlimiz, oyunun heç-heçə bitməsindən sonra evdən çıxıb. Yaxınlıqdakı parkda özünə qəsd etmək istəsə də, həmyerliləri bunun qarşısını alıblar.

 

Məlumata görə, 100 min rublu o, bazarda icarə haqqını ödəmək üçün borc alıbmış. Bazarda icarəyə də 300 min borcu varmış.

 

Həmin matçda ulduz futbolçu Lionel Messi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməmişdi və matç 1-1 hesabı ilə başa çatmışdı.

Tarix: 17 İyun 20:30    Oxunub: 704    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.