Azarkeşi pəncərədən atıblar?

Moskvadakı mənzillərdən birinin pəncərəsindən nigeriyalı azarkeşin atıldığı barədə məlumat yayılmışdı.

 

Sportinfo.az xəbər verir ki, Rusiyanın Daxili İşlər Nazirliyi məsələ ilə bağlı məlumat yayıb.

 

Məlumatda bildirilir ki, azarkeş ehtiyatsızlıq edib və pəncərədən yıxılıb: “Məsələni araşdırarkən məlum olub ki, nigeriyalı azarkeş ikinci mərtəbədə yerləşən mənzilin pəncərəsindən çıxmaq istəyirmiş. Ancaq ehtiyatsızlıq etdiyi üçün yıxılıb.

 

Azarkeş xəstəxanaya çatdırılıb. Araşdırma zamanı məlum oldu ki, ona qarşı heç bir təzyiq göstərilməyib”.

Azarkeşin hər iki dabanından xəsarət aldığı bildirilir. İlkin məlumatda bildirilirdi ki, sərxoş vəziyyətdə olan azarkeşi mənzilin pəncərəsindən tullayıblar. Nigeriyalı azarkeş Rusiyada keçirilən futbol üzrə dünya çempionatını izləmək üçün Moskvaya gedib.

Tarix: 17 İyun 19:00    Oxunub: 201    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.