İlk oyundaca sıradan çıxdı, DÇ-ni erkən başa vurdu

Danimarka yığması DÇ-2018-ə Peru üzərində qələbə ilə başlasa da, elə ilk oyundaca çox ciddi itki ilə üzləşib.

 

Sportinfo.az xəbər verir ki, sözügedən millinin müdafiəçisi Vilyam Kvist bu görüşdə ağır zədə alıb.

 

Matçın 35-ci dəqiqəsində sıradan çıxan futbolçunun zədəsi gözləniləndən də ciddidi. Oyunu davam etdirə bilmədiyi üçün Lasse Şöne ilə əvəzlənən müdafiəçi üçün mundial erkən başa çatıb.

 

Kvistin dünya çempionatının sonunadək sıraya dönməsinin mümkünsüz olduğu açıqlanıb. C qrupunda yer alan Danimarka yığmasını qarşıda Fransa və Avstraliya ilə oyunlar gözləyir.

Tarix: 17 İyun 18:15    Oxunub: 163    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.