"Düşünürəm ki, ağzımı yummalı və daha çox çalışmalıyam"

İspaniya millisinin hücumçusu Dieqo Kosta Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldo ilə bağlı fikirlərini açıqlayıb.

 

Sportinfo.az xəbər verir ki, Braziliya əsilli ispan futbolçu komandası ilə oyunda het-trik edən Ronaldonu tərifləyib və hətta onun kimi olmaq istədiyini bildirib:

 

“Kriştianunu təbrik etmək lazımdır. Onu tənqid etmək istəyirdilər, amma görün nə oldu. Ən yaxşısı onu sakit buraxmaqdır. Mən də onun kimi olmaq istərdim. Düşünürəm ki, ağzımı yummalı və daha çox çalışmalıyam”.

 

Ronaldo DÇ-2018-in qrup mərhələsinin İspaniya ilə oyununda 3 qol vuraraq, komandasını məğlubiyyətdən xilas edib.

Tarix: 17 İyun 18:00    Oxunub: 159    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.