Premyer Liqanın bombardiri "Neftçi"də - VİDEO

"Neftçi” növbəti transferini gerçəkləşdirib. 


Klub saytının yaydığı xəbərə görə, paytaxt təmsilçisi Baqali Dabo ilə müqavilə imzalayıb. Fransız futbolçu 2 il "Neftçi”nin uğurları üçün mübarizə aparacaq.

 

Sportinfo.az xəbər verir ki 29 yaşlı hücumçu “ağ-qaralar”ın heyətində 9 nömrəli formanı geyinəcək.

 

Fransanın "İvri”, "Kretey”, "İstr” komandalarında çıxış etmiş Baqali Dabo ötən mövsüm "Qəbələ”nin heyətində 27 oyunda 13 qol vurmaqla Premyer Liqanın ən yaxşı bombardiri olub.
 
"Neftçi” bundan öncə cinah müdafiəçisi Tural Axundov, xorvatiyalı mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirib.

 

Tarix: 17 İyun 17:45    Oxunub: 1521    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.