Misirin qapıçısı dini baxışlarına görə mükafatdan imtina etdi

Misir millisinin qapıçısı Məhəmməd Əl-Şenavi DÇ-2018-in Uruqvayla matçı üçün layiq görüldüyü oyunun ən yaxşı futbolçusu mükafatından imtina edib.

 

Sportinfo.az xəbər verir ki, buna onun dini baxışları səbəb olub.

 

Misirli oyunçu Uruqvaya 0:1 hesabı ilə uduzduqları görüşdə qapıya gələn dörd zərbəni zərərsizləşdirə bilib. Misir 90-cı dəqiqədə buraxdığı yeganə qolla uduzub.

 

Müsəlman qolkiper görüşün ən yaxşı oyunçusu seçilsə də, mükafatı qəbul etməyib. Mükafatı təsis edənin alkoqol şirkəti olması qapıçının belə qərar verməsinə gətirib çıxarıb.

Tarix: 17 İyun 17:00    Oxunub: 218    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.