La Liqaya son vəsiqənin də sahibi bəlli oldu - “Valyadolid”

İspaniya La Liqasına sonuncu vəsiqə də öz sahibini tapıb.

 

Sportinfo.az xəbər verir ki, son vəsiqə uğrunda pley-offun finalında “Valyadolid” və “Numansiya” klubları qarşılaşıb.

 

Səfərdə baş tutmuş ilk final görüşündə 3:0 hesabıyla qalib gəlmiş “Valyadolid” evdəki cavab matçında 1:1 hesablı heç-heçəyə imza atmaqla, elitaya yüksəlib.

 

“Valyadolid” sonuncu dəfə La Liqada 2013/14 mövsümündə çıxış etmişdi. Bu klub İspaniya çempionatının elitasında bütövlükdə 41 mövsüm keçirib.

 

“Valyadolid”dən öncə “Hueska” və “Rayo Valyekano” klubları da La Liqaya vəsiqə qazanmışdı. Bu üç klub son mövsümdə elitanı tərk edən “Malaqa”, “Las Palmas” və “Deportivo”nu əvəz edəcək.

Tarix: 17 İyun 16:15    Oxunub: 143    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.