Taksi sürücüsü maşınla fanatları xəstəxanalıq etdi - VİDEO

Dünya çempionatına ev sahibliyi edən Rusiyada xoşagəlməz hadisə qeydə alınıb.

 

Sportinfo.az xəbər verir ki, paytaxt Moskvanın mərkəzi küçələrindən birində taksi sürücüsü avtomobili yol kənarı ilə hərəkətdə olan insanların üzərinə sürüb.

 

Hadisə nəticəsində azı 7 nəfər yaralanıb. Məlum olub ki, zərərçəkənlərin hamısı hazırda mundialda iştirak edən Meksika yığmasının azarkeşləridi. Yaralılar dərhal Moskvadakı xəstəxanalara çatdırılıblar.

 

Hadisədən dərhal sonra yaxınlıqdakı insanlar sürücüyə fiziki təzyiq göstərməyə başlayıblar.

 

Qırğızıstan vətəndaşı olduğu bildirilən və adı açıqlanmayan həmin şəxs aradan çıxmağa çalışsa da, polis sürücünü saxlayıb. Faktla bağlı araşdırma aparılır. Sürücünün içkili olmadığı qeyd edilir.

 

 

Tarix: 17 İyun 15:15    Oxunub: 1061    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.