Millidən qovulan baş məşqçi: "İndi mıən çox xoşbəxtəm"

“Real”ın yeni baş məşqçisi Xulen Lopeteqi “Santyaqo Bernabeu”dakı təqdimat mərasimindən sonra təəssüratlarını bölüşüb.

 

Sportinfo.az xəbər verir ki, dünya çempionatının başlamasına iki gün qalmış İspaniya millisinin baş məşqçi postundan qovulan mütəxəssis xoşbəxt olduğunu deyib:

 

“Bir neçə gün əvvəl anamı itirdim. Çox kədərli idim. Ancaq bu gün həyatımda ən xoş anları yaşayıram. Klubun prezidenti Florentino Peresə mənə bu imkanı yaratdığı üçün təşəkkür etmək istəyirəm.

 

“Real”da olduğum üçün qürur duyuram və artıq indidən özümü bu ailənin bir hissəsi kimi hiss edirəm. Çox xoşbəxtəm”.

Tarix: 17 İyun 14:15    Oxunub: 220    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.