“Səbail” bu futbolçu ilə bağlı yekun qərarını verdi - FOTO

“Səbail” növbəti mövsüm üçün heyətini formalaşdırmağa davam edir.

 

Sportinfo.az xəbər verir ki, paytaxt klubu yarımmüdafiəçi Fəhmin Muradbəyli ilə də bağlı qərarını verib.

 

Belə ki, 22 yaşlı futbolçu ilə yeni müqavilə imzalanıb. Bu barədə “Səbail”in mətbuat xidməti məlumat yayıb.

 

Muradbəyli müqavilə ilə “Neftçi”yə məxsusdu. O, ötən mövsümün qış fasiləsində 6 aylıq icarəyə götürülmüşdü. Lakin tərəflər bu müddəti artırmağa qərar veriblər.

Tarix: 17 İyun 13:45    Oxunub: 292    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.