"Qəbələ" “Barselona”ya uduzdu, “Herta”ya qalib gəldi

Çexiyanın paytaxtı Praqada keçirilən “All Stars Cup” turnirində ikinci oyun gününə yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası ikinci qrup mərhələsində 3 oyun keçirib.

 

İspaniyanın “Barselona” klubuna 0:3, Rusiya “Zenit”inə 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar” Almaniya təmsilçisi “Herta”ya qalib gəlib – 1:0. Matçdakı yeganə qola Nemət Şıxəmirov imza atıb.

 

İlk iki mərhələnin yekununda 2 qələbə və 4 məğlubiyyəti olan komanda ümumi sıralamada 11-ci olub. “Qəbələ” cədvəldə “Zenit”, “Beşiktaş”, “Fastav Jlin”, “Dukla” kimi komandaları qabaqlayıb.

 

Bu gün 9-16-cı yerlər uğrunda mübarizə aparacaq “Qəbələ”nin ilk rəqibi Çexiya təmsilçisi “Fastav Jlin” olacaq.

Tarix: 17 İyun 12:45    Oxunub: 206    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.