"Biz Rusiyanın bayramını korlamalıyıq" - Ukraynalı nazir açıqladı

Ukraynanın xarici işlər naziri Pavel Klimkin ölkə vətəndaşlarının DÇ-2018-in oyunlarına baxmaq üçün Rusiyaya getməsinin əleyhinədi.

 

Sportinfo.az xəbər verir ki, Klimkin Rusiyanın işğalçı olduğunu bildirərək, həmvətənlərini bu ölkəyə getməməyə çağırıb.

 

O, bildirib ki, ukraynalılar Rusiyanın bayramını pozmağa çalışmalıdırlar: “Biz hazırda belə bir aksiya planlaşdırırıq: Rusiyaya gedən hər bir azarkeş Oleq Sentsovun, Vladimir Baluxun, Aleksandr Kolçenkonun portretlərini görməlidirlər.

 

Onlar Rusiyanın işğal etdiyi Krımda həbs olunan vətəndaşlarımızdı. Onların portretlərini görənlər başa düşməlidirlər ki, siyasi məhbusların olduğu, işğalçı bir ölkəyə gedirlər. Bu ölkə bütün beynəlxalq qanunları pozub. Biz də onların futbol bayramını pozmalıyıq”.

Tarix: 17 İyun 12:15    Oxunub: 224    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.