Neymar "Barselona"ya dönmək üçün indi az qala yalvarır!

PSJ-nin futbolçusu Neymar “Barselona”ya dönmək istəyir.

 

Sportinfo.az xəbər verir ki, 26 yaşlı braziliyalı hücumçu artıq kataloniyalılarla əlaqə saxlayıb və onun transferi üçün danışıqlara başlanılmasını istəyib.

 

Neymar “Atletiko”nun forvardı Antuan Qrizmannın “Barselona”ya keçidinin baş tutmadığı üçün bu addımı atıb.

 

Karyerasını Fransada davam etdirmək istəməyən Neymarın xidmətində “Real” da maraqlıdı. Neymar 2013 – 2017-ci illərdə “Barselona”nın formasını geyinib. O, ötən yay 222 milyon avro qarşılığında PSJ-yə transfer olunub.

Tarix: 17 İyun 11:00    Oxunub: 279    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.