İki dəfə ölkəsində ilin futbolçusu seçilən yeni "Qəbələ"l - VİDEO

“Qəbələ” Albaniya milli komandasının futbolçusu Sabien Lilayı heyətinə qatıb.

 

Sportinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

 

Peşəkar karyerasına “Tirana”da başlayan Lilay 2008-2011-ci illərdə bu komandada çıxış edib. 2011-2012-ci illərdə Xorvatiyada legioner həyatı yaşayan Sabien “Lokomotiva”nın formasını geyinib.

 

O, 2012-ci ildən 2018-ə qədər “Skenderbeu”da oynayıb. Sabien Albaniya klublarının heyətində 6 dəfə ölkə çempionu, 2 dəfə kubok, 2 dəfə Superkubokun qalibi adını qazanıb, 2015 və 2017-ci illərdə ölkəsində ilin futbolçusu seçilib.

 

Albaniyanın U-20 və U-21 yığmalarının şərəfini qorumuş Lilay 2011-ci ildə ölkəsinin əsas millisində debüt edib. Yarımmüdafiəçi bu komandada 16 oyun keçirib.

 

 

 
Tarix: 17 İyun 09:30    Oxunub: 775    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.