"Mən hər zaman özümə inandım, bunun üçün çalışıram"

DÇ-2018-in qrup mərhələsində İspaniyaya qarşı oyunda het-trik edərək, komandasına bir xal qazandıran Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo matçla bağlı danışıb.

 

Sportinfo.az xəbər verir ki, matçın ən yaxşı futbolçusu seçilən 33 yaşlı futbolçu nəticəni ədalətli hesab edib:

 

"Bu het-trik karyeramın əhəmiyyətli şəxsi göstəricilərindən biridi. Çox sevincliyəm. Mən hər zaman özümə inandım, bunun üçün çalışıram. 

 

Məğlubiyyətlə barışmadıq, sona qədər savaşdıq. Çox xoşbəxtəm. Gözəl çıxış etdik. Hesabda geri düşsək də, oyun planımızı itirmədik.

 

Heç-heçə ədalətli nəticədi. Qrupdan çıxmağa çalışağıq. Bu, çətin olacaq. Favorit deyilik, amma namizədlərdən biriyik. Mərakeşlə oyun bizim üçün əhəmiyyətli olacaq".

Tarix: 17 İyun 00:50    Oxunub: 136    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.