Messi: "Şansımız vardı, ancaq mən ondan istifadə etmədim"

Dünya çempionatında İslandiya ilə qarşılaşmış Argentina yığmasının kapitanı Lionel Messi bildirib ki, onun komandası qalib gəlmək istəyib, lakin bunu həyata keçirmək alınmayıb.

 

Sportinfo.az xəbər verir ki, futbolçu səhvlərini etiiraf edib:

 

"Biz qalib gəlmək istəyirdik, lakin alınmadı. Erkən qolu vurduq, amma islandlar hesabı bərabərləşdirdilər. Onlar müdafiədə sıx dayanmışdılar. Onu keçmək və sərbəst məkan əldə etmək çətin idi".

 

Dünya futbolunun ulduzu etiraf edib ki, komandası onun matçda şansı reallaşdıra bilməməsinə görə məğlub olub.

 

"Bəli, bizdə şans vardı, lakin mən ondan istifadə etmədim. Biz qələbəyə layiq idik. İndi dincəlməyə və növbəti oyuna hazırlığı davam etdirməyə vaxt var".

 

Argentinalı oyunçu əlavə edib ki, çempionat gərgin keçir: "Bu, dünya çempionatıdır. Burda heç kim heç kimə heç nəyi sadəcə hədiyyə etmir". 

Tarix: 17 İyun 00:40    Oxunub: 152    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.