"Millinin əsas heyətində oynamaq üçün növbəmi gözləyirdim"

Azərbaycan millisinin voleybolçusu Yana Əzimova “worldofvolley”ə müsahibə verib.

 

Sportinfo.az xəbər verir ki, 24 yaşlı toppaylayıcı yığmamızla bağlı planlarını açıqlayıb, gələcək karyerası barədə danışıb.

 

Azərbaycan yığmasının heyətində yer almaq necə hissdi?

- Qızıl Avropa Liqasında əsas heyətdə oynamaq üçün növbəmi gözləyirdim. Bu şansı əldə etdiyimə görə məmnunam.

 

Milli ilə bağlı hədəfləriniz nələrdi?

- Əsas heyətin üzvü olmaq. Bununla, Yaponiyada keçiriləcək dünya çempionatında komandanın uğur qazanmasında pay sahibi olmaq istəyirəm.

 

Son mövsüm klubdakı çıxışınızı necə dəyərləndirirsiz?

- 2017/2018 mövsümündə “Abşeron”da oynadım. Əsas heyətdə çıxış edirdim və komandamla Azərbaycan çempionatının gümüş medallarını qazandıq.

 

Yeni mövsümlə bağlı planlarınız nələrdi?

- Yeni və maraqlı çempionatda oynamaq istərdim. Menecerim Tunc Afşar bu işlərlə məşğuldu.

 

Bəs hansı ölkədə oynamaq istəyərdiniz?

- Yaxşı liqası olan bir ölkədə.

 

5 il sonra özünüzü harda görürsüz?

- Avropanın ən güclü çempionatlarından birinin qalibi olmaq istəyirəm.

 

Əzimova sevimli voleybolçusu, kitabı, sitatı və musiqi tərzini də açıqlayıb:

 

Sevimli voleybolçusu: Sevimli voleybolçum toppaylayıcı Nutsara Tomkomdu.

 

Sevimli kitabı: Həyatdakı hadisələr əsaslanmış, müxtəlif janrlarda olan kitabları sevirəm. Romanlara üstünlük verirəm.

 

Sevimli sitatı: Öyrənmək çətindi, savaşmaq asan. Xəyalın varsa, ona inan.

 

Sevimli musiqi tərzi: Pop musiqisinə üstünlük verirəm.

Tarix: 16 İyun 15:45    Oxunub: 301    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.