SİLAHLI OLAY! "Neftçi"nin qapıçısı və Yaşarı kafedə güllələdilər

"Neftçi”nin sabiq qapıçısı Vladimir Miçoviç xoşagəlməz hadisənin iştirakçısı olub. Sportinfo.az-ın məlumatına görə, bir müddət Azərbaycan yığmasında da çalışmış serbiyalı məşqçi vətənində silahlı qalmaqala düşüb.
 

Hadisə Serbiyanın paytaxtı Belqradda yerləşən "Admiral" restoranında yaşanıb. Səhərə yaxın yaşanan qalmaqal zamanı Miçoviçin bir neçə nəfəri döydüyü iddia olunur. Bu da əks tərəfin silahlı cavabı ilə nəticələnib.
 

Atışma nəticəsində üç nəfər yaralanıb. Onlardan biri də Miçoviçdi. Qapıçı ilə yanaşı, Vladimir Miloyeviç və Azərbaycan vətəndaşı Yaşar Ustanov da xəsarət alıb. Kafedə olan daha iki nəfər dava-dalaş zamanı ayağından yaralanıb. Hadisə yerinə gələn polis araşdırma aparır.

Tarix: 14 Fevral 15:00    Oxunub: 583    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Noyabr 2017
16 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.