Yığmamızın sabiq üzvü Türkiyə klubu ilə anlaşdı

Azərbaycan millisinin sabiq futbolçusu Uğur Pamuk karyerasını yenə Türkiyədə davam etdirəcək.

 

Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ötən mövsüm formasını geyindiyi "Manisaspor”da qalacaq. 

Manisa klubu bir müddət əvvəl onunla yollarını ayırmışdı. Lakin klub rəhbərliyində dəyişiklik olduqdan sonra hər iki tərəf fikrindən daşınıb. Bekə ki, yeni rəhbərlik Pamuka müqaviləni yeniləməyi təklif edib. Hazırda Almaniyada olan Uğurun tezliklə Türkiyəyə qayıdıb yeni müqaviləyə imza atması gözlənilir.

Qeyd edək ki, “Manisaspor” TFF 1-ci liqanın son mövsümündə 18 iştirakçı arasında 17-ci olub və aşağı liqaya düşüb.

Vaxtilə millimizdə bir neçə oyun keçirmiş Pamuk Azərbaycanda “Sumqayıt” və "Xəzər Lənkəran”ın da formasını geyinib.

Tarix: 14 İyun 20:24    Oxunub: 422    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.