Azərbaycan millisinin hücumçusu ilə 1 illik müqavilə

"Keşlə" daha bir futbolçunu heyətinə qatıb.

 

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi "Sumqayıt"dan ayrılan Amil Yunanovla güclənib.

 

26 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlanılıb. Amil Yunanov son mövsümdə Premyer Liqada 10 qol vurub və bombardirlik yarışında yalnız 13 dəfə fərqlənən “Qəbələ”nin forvardı Baqali Dabodan geri qalıb. Milli komandanın üzvü karyerası ərzində “Qəbələ” və “Rəvan”da da çıxış edib.  

 

“Keşlə” yay fasiləsində 9 futbolçu - Tərlan Quliyev, Cabir Əmirli, Andre Klennon, Murad Qayalı, Denis Silva Kruz, Adrian Skarlatake, Sərtan Taşkın, Fuad Bayramov və Slavik Alxasovla müqaviləni yeniləyib. “Sumqayıt”dan ayrılan Azər Salahlını heyətinə qatan paytaxt klubu Pablo Podio, Qara Qarayev və Məqsəd İsayevlə yollarını ayırıb.

Tarix: 14 İyun 19:36    Oxunub: 496    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.