DÇ-2018: Rusiya – Səudiyyə Ərəbistanı - CANLI YAYIM

Bu gün Rusiyada dünya çempionatına start veriləcək.

 

Sportinfo.az xəbər verir ki, sayca 21-ci mundialın açılışı oyununda təşkilatçı ölkə Rusiya Səudiyyə Ərəbistanı ilə üz-üzə gələcək.

 

Qarşılaşmadan öncə isə DÇ-2018-in açılışı mərasimi baş tutacaq. Tədbir açılışı matçının keçiriləcəyi “Lujniki” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

 

Açılış matçına gəlincə, bu komandalar 25 illik fasilədən sonra ilk dəfə qarşılaşacaq. Tərəflər iniyədək yalnız bir dəfə üz-üzə gəlib.

 

1993-cü ilə təsadüf edən yoldaşlıq oyununda ərəblər 4:2 hesablı qələbə qazanıb. Səudiyyə Ərəbistanı FİFA reytinqində 67-ci, Rusiya isə 70-ci pillədədi.

 

Rusiya 11-ci dəfə dünya çempionatının final mərhələsində iştirak edirsə, Səudiyyə Ərəbistanı 5-ci dəfə mundial həyəcanı yaşayacaq. Bir ay davam edəcək mundiala iyulun 15-də yekun vurulacaq.

 

A qrupu

19:00. Rusiya – Səudiyyə Ərəbistanı

Hakimlər: Nestor Pitana, Xuan Pablo Belyati, Ernan Maydana (hamısı Argentina), Sandro Riççi (Braziliya).
Moskva. “Lujniki” stadionu.

 

 

Tarix: 14 İyun 19:00    Oxunub: 305    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.