Azərbaycan klubu daha 4 futbolçusu ilə müqaviləni uzadacaq

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Keşlə” klubu daha 4 futbolçusu ilə müqavilə müddətini uzadacaq.

 

Sportinfo.az xəbər verir ki, paytaxt klubu qapıçılar - Kamran Ağayev, Orxan Sadıqlı və Şahin Zəkiyev, eləcə də hücumçu Vaqif Cavadovla əməkdaşlığı davam etdirəcək.

 

Bu futbolçularla yeni sözləşməyə dair razılıq əldə olub. “Keşlə” yay fasiləsində 9 futbolçu - Tərlan Quliyev, Cabir Əmirli, Andre Klennon, Murad Qayalı, Denis Silva Kruz, Adrian Skarlatake, Sərtan Taşkın, Fuad Bayramov və Slavik Alxasovla müqaviləni yeniləyib.

 

“Sumqayıt”dan ayrılan Azər Salahlını heyətinə qatan paytaxt klubu, Pablo Podio, Qara Qarayev və Məqsəd İsayevlə yollarını ayırıb.

Tarix: 14 İyun 18:00    Oxunub: 469    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.