"Neftçi"nin baş məşqçisi DÇ-da azarkeşlik edəcəyi komandanı açıqladı

"Neftçi"nin üzvləri dünya çempionatında azarkeşlik edəcəkləri ölkələrin milli komandalarının adlarını açıqlayıblar.

 

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, italiyalı baş məşqçi Roberto Bordin Rusiyanı dəstəkləyəcəyini bildirib.

 

Onun köməkçiləri Andrea Vezzu və Etibar Tarıverdiyev isə Braziliyaya üstünlük verib. "Pentakampeonlar"ı 3 futbolçu - Rəhman Hacıyev, Emin Mahmudov və Mirabdulla Abbasov da dəstəkləyib.

 

Daha iki köməkçi məşqçi - İqor Getman və Füzuli Məmmədov, eləcə də 2 oyunçu - Rəşad Əzizli və Elvin Sərkərov Almaniyaya, Ruslan Abışovla Tural Axundov İspaniyaya, Rəşad Eyubovla Soni Mustivar Fransaya, Kamran İbrahimov Portuqaliyaya, Anton Krivotsyuk Nigeriyaya azarkeşlik edəcəyini bildirib.

Tarix: 14 İyun 15:36    Oxunub: 372    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.