Dostlarından biri bilmədən milli komandanın əsas sirrini açdı

Braziliya millisinin iyunun 17-də DÇ-2018-dəki ilk oyununda İsveçrəyə qarşı hansı heyətlə meydana çıxacağı məlum olub.

 

Sportinfo.az xəbər verir ki, komandanın hücumçusu Qabriel Jezusun dostu baş məşqçi Titenin start heyətini ifşa edib.

 

Belə ki, Braziliya millisinin Soçidəki məşqinin ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq olsa da, futbolçuların yaxın ətrafı sonadək məşqi izləyə bilib. Bu da nəticəsi...

 

Qabrielin dostlarından biri bilmədən komandanın sirrini açıb. O, “instaqram” səhifəsində komandanın məşqdə oynadığı heyəti paylaşıb:

 

Alisson - Danilo, Tyaqo Silva, Miranda, Marselo - Kazemiro, Paulinyo, Koutinyo, Villian - Qabriel Jezus, Neymar.

 

Maraqlıdı ki, “sambaçılar” iyunun 10-da Avstriya ilə son yoxlama oyununda da meydana məhz bu heyətlə çıxmışdı.

Tarix: 14 İyun 16:12    Oxunub: 203    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.