Belə səviyyəli hücumçunu qapıçıyla dəyişmək istəyirlər

“Çelsi” ilə “Milan” arasında futbolçu dəyiş-düyüşü baş verə bilər.

 

Sportinfo.az xəbər verir ki, “Milan” uzun müddətdi “Çelsi”nin hücumçusu Alvaro Morata ilə maraqlanır.

 

“Rossonyerlər” ona görə qapıçı Canluici Donnarummanı verməyə hazırdılar. Qapıçı bu yay “Milan”ı tərk etmək istədiyini bildirib. “Çelsi”də isə qapıçı ilə bağlı problem yaşana bilər.

 

Axı “təqaüdçülər”in belçikalı qapıçısı Tibo Kurtua qüvvədə olan müqaviləni uzatmağa razılıq verməyib. Hələlik, “Çelsi”nin “Milan”ın istəyinə hansı münasibəti bəslədiyi barədə məlumat verilmir.

Tarix: 14 İyun 15:24    Oxunub: 281    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.