"Çempionat davam edərkən bir neçə klubdan təklif almışdım, indi..."

Sportinfo.az Region Liqasının bombardiri olmuş Balazahir Əsədullayevin müsahibəsini diqqətinizə çatdırır:

 

İlk öncə Region Liqası haqqında fikirlərini bölüşərdin.
- Region Liqası mənim və komandam üçün uğurlu oldu. Çünki “Şağan” yaradılanda klubu tanıtdırmaq üçün liqa istəyirdik və bu da Region Liqası oldu. İlk öncə məqsədimiz qrupu lider kimi başa vurub növbəti mərhələyə yüksəlmək idi. Buna da nail olduq. Pleyoffda isə “Uğur”a (Sumqayıt) uduzduq. Ümid edirəm ki, Region Liqası davamlı olacaq.

 

“Şağan”ın çempion olması üçün nə çatmadı?
- Çempion olacağımıza inanırdıq. Lakin pleyoff mərhələsində bəzi aparıcı futbolçularımız zədə səbəbindən iştirak edə bilmədilər. Əgər belə itkilərimiz olmasaydı, nəticə tamam fərqli olacaqdı.

 

Region Liqası start götürməmişdən öncə bombardir olacağına inanırdın?
- Hədəfim olmasa da, bacaracağıma inanırdım. Çünki ilk dəfə deyildi ki, hansısa çempionatda bombardir olmuşdum.

 

“Şağan”ı növbəti mövsüm Region Liqasında görəcəyik?
- Çox güman ki, görəcəyik. Nəticələrimizin də daha yaxşı olacağına əminəm.

 

Bəs səni növbəti mövsüm “Şağan”da görəcəyik?
- Bu barədə dəqiq heç nə deyə bilmərəm, amma “Şağan”ı zirvədə görəcəklər.

 

Region Liqasında uğurlu çıxışından sonra hansısa klublardan təklif almısan?
- Çempionat davam edərkən bir neçə klubdan təklif almışdım, sadəcə “Şağan”ı tərk etmək istəmirdim. Çempionat bitəndən sonra isə hələ ki heç bir təklif yoxdur.

 

Bəs hansı klublardan təklif gəlmişdi?
- “Şahdağ” (Qusar) və “Araz” (Naxçıvan).

Tarix: 14 İyun 16:36    Oxunub: 493    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.